UCALVET MMC komandası, Benka Arıçılıq şirkətinin Azərbaycandakı rəsmi distribyutoru kimi fəaliyyət göstərməkdən böyük məmnunluq duyur. Bu əməkdaşlıq sayəsində ölkəmizə Benka tərəfindən istehsal olunan yüksək keyfiyyətli arıçılıq avadanlıqları və bal istehsalı üçün zəruri texnologiyalar idxal edilir.
UCALVET MMC, həm arıçılara müasir və effektiv avadanlıq təqdim etməklə, həm də ölkədə bal istehsalının keyfiyyət və səmərəliliyinin artırılmasına dəstək olmağı hədəfləyir. Bu strateji əməkdaşlıq, Azərbaycanda arıçılıq sektorunda innovasiya və peşəkarlığın yüksəlməsinə böyük töhfə verəcək.




