Description
Preparatın ticarət adı: FOXMITE 50.
İstifadə sahəsi: Preparat iri buynuzlu heyvanlarda, qoyun və keçilərdə qoturluq (Sarcoptes, Psoroptes ve Chorioptes qotur gənələri), bit, birə, milçəklərin imaginal ve sürfə formaları, müalicə və profilaktikası məqsədi ilə tətbiq edilir.
Dərman forması və qablaşdırma: Dəri üzərinə istifadə üçün məhlul. Preparat karton qutularda 100 ml, 250 ml ve 500 ml həcmində plastik flakonlarda və 1,0 litr miqdarıda plastik butulkalarda qutusuz qablaşdırılır.
Preparatın tərkibi fəal maddə, 1ml-də: Foksim – 500 mq.
İstifadə və dozalaşdırma qaydaları: Preparat çimizdirmə (vanna), sprey (püskürtmə) və çiləmə üsulu ilə istifadə edilir. Çimizdirmə (vanna) yolu ilə istifadə zamanı dozalaşdırma cədvəldə verilmişdir:
Qoturluq (Sarcoptes, Psoroptes ve Chorioptes qotur gənələri) qarşı
- Qoyun/keçilərdə -1 litr “FOXMITE 50” preparatı – 2000 litr suya qarışdırılır. -Xroniki qoturluğun müalicəsində: 1 litr “FOXMITE 50” preparatı – 1000 litr suya qarışdırılır.\
- Iri buynuzlu heyvanlarda -1 litr “FOXMITE 50” preparatı – 1000 litr suya qarışdırılır. -Xroniki qoturluğun müalicəsində: 1 litr “FOXMITE 50” preparatı – 500 litr suya qarışdırılır.
Bit, birə, milçəklərin imaginal və sürfə formalarına qarşı
- Qoyun/keçilərdə: 1 litr “FOXMITE 50” preparatı – 2000 litr suya qarışdırılır.
- İri buynuzlu heyvanlarda: 1 litr “FOXMITE 50” preparatı – 1000 litr suya qarışdırılır.
Sprey (püskürtmə) və çiləmə yolu ilə istifadə: İri buynuzlu heyvanlarda: 5 litr suya 10 ml “FOXMITE 50” preparatı qarışdırılır. - Qoyun/Keçi: 10 litr suya 10 ml “FOXMITE 50” preparatı qarışdırılır. Bit, birə, milçəklərin imaginal və sürfə formalarına qarşı işləmə bir dəfə aparılır;
Qoturluq (Sarcoptes, Psoroptes ve Chorioptes qotur gənələri) ilə yoluxma zamanı müalicə gündə 2 dəfə, 7 gün fasilə verilməklə aparılır. Heyvanların ektoparazitlərə yoluxmaması üçün onlar saxlanılan binaların döşəməsi, axurlar, gəzinti meydanları vaxtaşırı təmizləməklə, insektisidlərlə işləmək lazımdır. Flakonlar işləməzdən əvvəl yaxşıca çalxalanmalıdır. Qeyd: Preparat kütləvi tətbiq edilməzdən əvvəl kiçik qrup heyvanlar (3-5 baş) üzərinde sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir.
Gözləmə vaxtı: İri buynuzlu heyvanlar 40, qoyunlar 42 və keçilər 28 gün sonra ətlik məqsədilə kəsimə göndərilə bilər.







Reviews
There are no reviews yet.