Famect

Famekt – Famect.

Description

Preparatın ticarət adı: Famekt – Famect.

İstifadə sahəsi: Preparat iri və xırda buynuzlu heyvanlarda, keçilərdə, dəvələrdə və Ostertagia, Trichostrongulus spp., Cooperia spp., Nematodirus spp., Dictyocaulus spp., Mange milçəyi, sorucu bitlər, gənələr, göz qurdları və sair dəri parazitlərinə qarşı istifadə edilir.

Dərman forması və qablaşdırma: İnyeksiya üçün məhlul. Preparat 20, 50, 100 və 250 ml həcmində şüşə flakonlarda qablaşdırılır. Flakonlar, karton qutulara qoyulur

Preparatın tərkibi, fəal maddə 1 ml-də: Ivermektin -10 mq.

İstifadə və dozalaşdırma qaydaları: Preparat heyvanlarda dərialtına inyeksiya edilməklə tətbiq edilir. Dozalaşdırma heyvanların hər 50 kq diri kütləsinə 1 ml preparat hesabı ilə dozalaşdırılaraq, 1 dəfə olmaqla inyeksiya edilir. İnyeksiya edilərkən antiseptika və aseptika qaydalarına əməl edilməlidir. Preparatın birdəfəlik dozasının miqdarı iribuynuzlu heyvanlara 10 ml, buzov, qoyun və keçilərdə 5 ml artıq olduqda, təyin edilmiş doza bərabər hissələrə bölünərək ayrı- ayrı hissələrdən inyeksiya edilir.

Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Preparat tətbiq edildiyi axırıncı gündən 35 sutka sonra iri buynuzlu heyvanlar, keçi və qoyunlar 42 gün sonra ətlik məqsədilə kəsilə bilərlər. Sağmal heyvanlarda preparat istifadə edilmir.

Reviews

There are no reviews yet.

Be the first to review “Famect”

Your email address will not be published. Required fields are marked *