Description
Preparatın ticarət adı: KORTIZAN inyeksiya üçün məhlul.
İstifadə sahəsi: Preparat infeksion iltihabı xəstəliklər (kəskin pnevmoniya, pasterellyoz, artrit, metrit, yara infeksiyaları, dermatidlər, iltihabı sindrom və ketoz) zamanı tətbiq edilir. Preparat antibiotiklərlə kombinə edilməklə də istifadə oluna bilər.
Dərman forması və qablaşdırma: İnyeksiya üçün məhlul 20 ml, 50 ml və 100 ml həcmində boz rəngli brombutil tıxacla hermetik bağlanmış və yaşıl rəngli flip- off qapaqlarla bərkidilmiş şüşə flakonlarda qablaşdırılır. Flakonlar karton qutulara qoyulur.
Preparatın tərkibi, fəal maddə 1 ml-də: Deksametazon natrim fosfat -2 mq
İstifadə və dozalaşdırma qaydaları: Preparat iri buynuzlu heyvanlara, keçilərə, it və pişiklərə əzələiçərisinə, atlara isə əzələiçərisinə, dərialtına və oynaqdaxili inyeksiya edilməklə aşağıdakı qayda üzrə dozalaşdırılır: – At, iri buynuzlu heyvanlara və keçilər üçün hər 50 kq diri kütləyə 1,5 ml preparat hesabı ilə; -İt və pişiklər üçün hər 10 kq diri kütləyə 1 ml preparat hesabı ilə; -İri buynuzlu heyvanların ketoz sindromu zamanı, preparat 500 kq diri kütləyə 5- 10 ml hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir; Boğazlığın 260 günlük dövründən sonra, doğuşu sinxronlaşdırmaq məqsədilə preparat 500 kq diri kütləyə 10 ml hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir. Doğuş 48- 72 saat içərisində gerçəkləşir. Atlarda, artrit, bursit və ya tendosinovitin müalicəsi üçün preparat 1-5 ml həcmində dozalaşdırılaraq oynaqdaxili inyeksiya edilir. Bu dozalaşdırma konkret deyil və yalnız təxmini xarakter daşıyır. Preparatın inyeksiyasından əvvəl, ekvivalent həcmdə sinovial mayenin çıxarılması aparılmalıdır. Aseptika qaydalarına riayət edilməlidir. Qeyd: Istehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən preparatın tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır. Preparatı boğaz heyvanlarda, qaraciyər və böyrək çatışmazlığı olan heyvanlarda, boğaz heyvanlarda və vaksinasiyalardan sonra tətbiq etmək olmaz.
Gözləmə vaxtı: Ət üçün gözləmə vaxtı 14 gündür. Süd üçün 3 sutka.






Reviews
There are no reviews yet.