Description
Preparatın ticarət adı: SPEKTORAL oral istifadə üçün gel.
İstifadə sahəsi: Preparat ağız südü çatışmazlığı riski altında olan yeni doğulmuş quzularda bakterial neonatal xəstəliklərin (məsələn, E.coli, Salmonella, Stafilococc infeksiyalarının, nekrotik enteritin) profilaktikası və müalicəsi məqsədi ilə tətbiq edilir.
Dərman forması və qablaşdırma: Oral istifadə üçün gel 100 ml həcmində plastik flakonlarda qablaşdırılır. Flakonlar, onlara istifadədən əvvəl montaj edilən dozatorlu başlıqla, karton qutululara qoyulur.
Preparatın tərkibi, fəal maddə 1 ml-də: Spektinomisin dihidroxlorid pentahidrat -50 mq. Köməkçi maddələr: 1 mq benzoik turşusu (konservant) və 0,6 mq tartrazin (boya).
İstifadə və dozalaşdırma qaydaları: Preparat doğuşdan sonra mümkün qədər tez bir zamanda 1 ml həcmində dozalaşdırlaraq verilir və təkrarlanmır. Preparatın verilməsi doğuşdan sonra ilk 48 saat ərzində tamamlanmalıdır. Preparatın flakonuna əlavə edilmiş dozator basılq vasitəsi ilə 1 ml preparat (və ya 50 mq Spektinomisin təsir edici maddə) hesaı ilə oral yolla verir. Preparatı istifadə etməzdən əvvəl, flakonuna əlavə edilmiş dozator basılq bir neçə dəfə basılaraq kanaldakı hava boşluğu aradan qaldırılmalıdır. İstifadə zamanı heyvanın başı çənənin altından dəstəklənməli və təbii vəziyyətdə dik saxlanılmalıdır. Dozator basılğın ucundakı plastik şlang ağız tərəfdən (yanaq tərəfdən) dilin arxasına yerləşdirilir və müvafiq doza diqqətlə verilir. Tətbiq zamanı dil, ağız boşluğu və faringeal toxumalarının zədələnməməsinə diqqət edilməli, udma refleksinə mane olmamaq üçün dil hərəkətlərini məhdudlaşdıran müdaxilələrdən qaçınılmalıdır. Dozator başlığın növbəti istifadəyə qoyulmazdan əvvəl yapışmanın qarşısını almaq üçün dozatorun hissələri preparatın qalıqlarından təmizlənənə qədər su ilə yaxalanmalıdır. Yetkin boğaz və laktasiya döründə olan heyvanlarda istifadə edilməməlidir.
Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı:
Preparat tətbiq edildiyi axırıncı gündən 10 sutka sonra heyvanlar ətlik məqsədilə istifadə edilə bilər.






Reviews
There are no reviews yet.