Zuletel 10%

“Zuletel 10%-li inyeksiya” – Zuletel 10% injectable.

Category: Tag:

Description

Preparatın ticarət adı: “Zuletel 10%-li inyeksiya” – Zuletel 10% injectable.

İstifadə sahəsi: Preparat iri buynuzlu heyvanlarda (IBH), qoyun və keçilərdə fassiolyozlara, dikroselioza, moniezioza, diktiokaulyoza, ostertagioza, hemonxoza, trixonstrongilyoza, kooperioza, ezofaqostomoza, edemagenoza, IBH-da həmdə hipodermatoza və qoyunlarda estroza və psoroptoza qarşı tətbiq olunur.

Dərman forması və qablaşdırma: İnyeksiya üçün məhlul 20 ml, 50 ml və 100 ml, 250 ml, 500 ml və 1000 ml miqdarında şüşə flakonlarda və polimer taralarda qablaşdırılır.

Preparatın tərkibi, fəal maddə 100 ml-də: Klozantel natrium -10 q və köməkçi maddələr.

Farmako-terapevtik qrupu: Antiparazitar baytarlıq preparatı

İstifadə və dozalaşdırma qaydaları: Preparat baytar həkimin nəzarəti altında aseptika və antiseptika qaydalarına əməl etməklə, dərialtına inyeksiya edilməklə, aşağıdakı qaydalara uyğun bir dəfə tətbiq edilir: İri buynuzlu heyvanlarda (8 həftə yaşı olan və yaşlı): Trematodozlar (fassiolyoz, parafistamatoz) və Mədə- bağırsaq trematodozları, nematodozları zamanı heyvanların hər 40 kq diri kütləsinə 1 ml (hər kq diri kütləyə 2,5 mq təsiredici maddə); Telyazioz və hipodermatozlarda hər 40 kq diri kütləsinə 1 ml (hər kq diri kütləyə 2,5 mq təsiredici maddə); Qoturluq (sarkoptoz, psoroptoz) zamanı heyvanların hər 10 kq diri kütləsinə 1 ml (hər kq diri kütləyə 10 mq təsiredici maddə) hesabı ilə dozalaşdırılır. Qoyunlara (4 həftə yaşı olan və yaşlı): Fassiolyoz zamanı, nematodlara və Oestrusa qarşı heyvanların hər 20 kq diri kütləsinə 1 ml (hər kq diri kütləyə 5 mq təsiredici maddə) hesabı ilə dozalaşdırılır; Ektoparazitlərə qarşı profilaktika məqsədilə heyvanların hər 10 kq diri kütləsinə 1 ml (hər kq diri kütləyə 10 mq təsiredici maddə) hesabı ilə dozalaşdırılır. Təyin edilmiş doza Iri buynuzlu heyvanlarda 10 ml, qoyunlarda 5 ml-dən artıq olduqda, doza bölüşdürərək bir neçə yerdən inyeksiya edilməlidir. Preparat fərdi yüksək həssaslığı (allergiyası) olan, zəif və arıq heyvanlarda, sağmal heyvanlarda, boğazlığın son 1/3 döründə tətbiq edilmir.

Gözləmə vaxtı: Preparat tətbiq edildiyi axırıncı gündən 15 sutka sonra heyvanlar ətlik məqsədlə kəsilə bilərlər. Sağmal heyvanların südü müalicə dövründə və ondan 15 sutka sonrayadək qida üçün yararlı deyil.

Reviews

There are no reviews yet.

Be the first to review “Zuletel 10%”

Your email address will not be published. Required fields are marked *