Description
Preparatın ticarət adı: TENIACID
Dərman forması və qablaşdırma: İnyeksiya üçün məhlul 10 və 20 ml həcmində tünd rəngli şüşə flakonlarda qablaşdırılır. Flakonlar, karton qutulara qoyulur.
Preparatın tərkibi, fəal maddə 1 ml-də: Prazikvantel -56,8 mq və köməkçi maddələr.
Farmako-terapevtik qrupu: Antihelmint baytarlıq preparatı.
İstifadə sahəsi: Preparat it və pişiklərdə parazitlik edən sestodların profilaktikası və müalicəsi məqsədilə istifadə edilir.
İstifadə və dozalaşdırma qaydaları: Preparat baytar həkiminin nəzarəti altında əzələiçərisinə və ya dərialtına inyeksiya edilməklə tətbiq edilir. Heyvanlarda Joyeuxiella pasqualei-ə yoluxma olduqda müalicə 14 sutkadan sonra təkrar tətbiq edilir. Preparatın birdəfəlik dozasının miqdarı 3 ml- dən artıq olduqda, təyin edilmiş doza bərabər hissələrə bölünərək ayrı- ayrı hissələrdən inyeksiya edilir. Preparat heyvanların hər 1 kq diri kütləsinə 0,1ml (hər kq diri kütləsinə 5,7 mq prazikvantel) hesabı ilə aşağıda göstərilən qaydada dozalaşdırılır:
| Itlər | Pişiklər | ||
| Diri kütləsinə, kq | Dozalaşdırma, ml | Diri kütləsinə, kq | Dozalaşdırma, ml |
| 2,5 kq və daha az | 0,25 | 1 kq və daha az | 0,1 |
| 2,5-5 | 0,5 | 1-2 | 0,2 |
| 6-10 | 1 | 2-3 | 0,3 |
| 11-20 | 2 | 3-4 | 0,4 |
| 21-30 | 3 | 4-5 | 0,5 |
| 5 kq və daha ağır | 0,6 | ||






Reviews
There are no reviews yet.