Description
Preparatın ticarət adı: PROMAZIN Oral Gel
Dərman forması və qablaşdırma: Preparat 4, 10 və 30 ml həcmində polipropilen şprislərdə qablaşdırılır. Şprislər, karton qutulara qoyulur,gel formasındadır.
Preparatın tərkibi, fəal maddə 1 ml-də: Asepromazin-10 mq və köməkçi maddələr.
Farmako-terapevtik qrupu: Neyroleptik baytarlıq preparatı.
İstifadə sahəsi: Preparat it, pişik və atlarda aşağıdakı hallarda tətbiq edilir: Sakitləşdirici və anesteziyadan əvvəl, Morfin törəməsi ilə birlikdə Neyrolept analgetik vasitə kimi,Uzun məsafəyə daşınma zamanı yaranan narahatlıqlarda (qusma və hərəkət pozuntuları hallarında simptomatik müalicə) qusmaya qarşı vasitə kimi istifadə olunur.
İstifadə və dozalaşdırma qaydaları: Preparat baytar həkiminin nəzarəti altında aşağıdakı hallarda oral yolla tətbiq edilir.
Bala itlər və pişiklər üçün:
Yüngül sedasiya zamanı: Preparat heyvanlara hər 5 kq diri kütləyə 0,5 ml həcminpe dozalaşdırılaraq verilir,
Sedasiya zamanı: Preparat heyvanlara hər 5 kq diri kütləyə 1 ml həcmində dozalaşdırılaraq verilir; – Premidikasiya zamanı: Preparat heyvanlara hər 5 kq diri kütləyə 1,5 ml həcmində dozalaşdırılaraq verilir.
Çəkisi 10 kq-dan böyük olan itlər üçün:
Yüngül sedasiya zamanı: Preparat heyvanlara hər 10 kq diri kütləyə 1 ml həcmində dozalaşdırılaraq verilir,
Sedasiya zamanı: Preparat heyvanlara hər 10 kq diri kütləyə 2 ml həcmində dozalaşdırılaraq verilir.
Premidikasiya zamanı: Preparat heyvanlara hər 10 kq diri kütləyə 3 ml hәcmində dozalaşdırılaraq verilir.
Atlar üçün:
Yüngül sedasiya zamanı: Preparat heyvanlara hər 500 kq diri kütləyə 5-10 həcmində dozalaşdırılaraq verilir;
Sedasiya zamanı: Preparat heyvanlara hər 500 kq diri kütləyə 15- 20 ml həcmində dozalaşdırılaraq verilir;
Premidikasiya zamanı: Preparat heyvanlara hər 500 kq diri kütləyə 15- 20 ml həcmində dozalaşdırılaraq verilir.
Atlarda: Asepromazin boğazlıq və laktasiya dövründə istifadə edilməməlidir.
İt və pişiklərdə: Dişi pişiklərdə və itlərdə asepromazinin istifadəsindən sonra teratogen təsirlərə dair xüsusi tədqiqatlar olmadığı üçün asepromazinin boğazlıq və laktasiya dövründə istifadəsi tövsiyə edilmir.






Reviews
There are no reviews yet.