Description
Preparatın ticarət adı: ENDEQUI IP (Oral Pat)
Dərman forması və qablaşdırma: Gel şəkilli preparat 7,49 g (7 ml) həcmində polipropilen şprislərdə qablaşdırılır. Şprislər, karton qutulara qoyulur.
Preparatın tərkibi, fəal maddə: İvermektin- 18,7 mg, Prazikuantel- 140,3 mq və köməkçi maddələr.
Farmako-terapevtik qrupu: Antiparazitar baytarlıq preparatı.
İstifadə sahəsi: Preparat heyvanlarda sestodoz, ağciyər və mədə-bağırsaq nematodozlarına, həm də Gasterophilus-a (at milçəyi) qarşı tətbiq edilir.
İstifadə və dozalaşdırma qaydaları: Preparat baytar həkiminin nəzarəti altında oral yolla tətbiq edilir. Preparat heyvanların hər 100 kq diri kütləsinə 1,07 g (1 ml) (hər kq diri kütləsinə 200 mkq ivermektin və 1,5 mq prazikvantel) hesabı ilə aşağıda göstərilən qaydada dozalaşdırılır:
| Diri kütləsinə, kq | Dozalaşdırma, ml | Diri kütləsinə, kq | Dozalaşdırma, ml |
| 100 kq və daha az | 1,070 g (1 ml) | 401-450 | 4,815 g (4,5 ml) |
| 101-150 | 1,605 g (1,5 ml) | 451- 500 | 5,350 g (5 ml) |
| 151-200 | 2,140 g (2 ml) | 501-550 | 5,885 g (5,5 ml) |
| 201-250 | 2,675 g (2,5 ml) | 551-600 | 6,420 g (6 ml) |
| 251-300 | 3,210 g (3 ml) | 601-650 | 6,955 g (6,5 ml) |
| 301-350 | 3,745 g (3,5 ml) | 651-700 | 7,490 g (7 ml) |
| 351-400 | 4,280 g (4 ml) |






Reviews
There are no reviews yet.