BUSTRAL

Category:

Description

Preparatın ticarət adı: BUSTRAL

İstifadə sahəsi: Heyvanlarda cinsi həvəs və estrusu stimullaşdirilmasi məqsədi ilə. İnəklərdə doğuşun və ovulyasiyanın induksiyası, follikulyar düyünlərin terapiyası, anovulyasiyanın müalicəsi, ovulyasiyanın ləngiməsi zamanı, sunii mayalanma zamanı və sonrakı dövrdə mayalanmanın baş tutması ehtimalını artırmaq məqsədilə, axıntıya nail olmaq və onun sinxronizasiyası. Madyanlarda və ana donuzlarda ovulyasiyanın induksiyası və onun sinxronizasiyası, mayalanmaya nail olmaq

Dərman forması və qablaşdırma:  Xarici görünüşcə rəngsiz, şəffaf, inyeksiya üçün steril Inyeksiya üçün məhluldur.
Preparatın tərkibi, fəal maddə: BUSERELIN ASETАТ – 0.0040 mq, BENZIL SPIRTI – 20 mq
İstifadə və dozalaşdırma qaydaları:  -Yumurtalıqların follikulyar kistaların müalicəsində: İnəklərə 5 ml preparat hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir. İlk axıntı zamanı inseminasiya aparılır. Axıntı baş vermədikdə 1-ci inyeksiyadan 10-14 gün sonra preparat təkrar inyeksiya edilir. 20 gün sonra 2,5 ml preparat inyeksiya edilir, sonra inseminasiya aparılır. -Anestrusun müalicəsi məqsədi ilə: 5 ml dozada preparat inyeksiya edilir. 11 gün fasilə ilə iki rektal müayinə aparılmaqla həqiqi anestrusun olması müəyyənləşdirilir. Eyni zamanda, həmin müüdətlər zamanı süddə proqesteronun miqdarı hesablanır. Müalicədən 8- 22 gün sonra axıntı əlamətləri görülməlidir. Həmin əlamətlərinin görünmədiyi halında, təkrar rektal müayinə aparılmaqla yumurtalıqlarda sarı cisimcik müəyyən edilmədikdə müalicə təkrar aparılır. Sarı cisimcik müəyyən olunduğu halda prostaqlandin F2 və ya onun analoqunu inyeksiya edirlər, 2-3 gün sonra axıntı əlamətləri görülməlidir. – Ovulyasiyanın ləngiməsində: 2,5 ml dozada preparat inyeksiya edilir. Ovulyasiyanın ləngiməsini süni mayalanma zamanı və ya 6-8 saat ondan öncə müalicə etmək olur. Müalicədən 24 saat sonra ovulyasiya baş verir. – Anovulyasiyanın müalicəsi məqsədi ilə: 2,5 ml dozada “Bustral” inyeksiya edilir. – Mayalanmanın baş tutması ehtimalını artırmaq məqsədilə: 2,5 ml dozada “Bustral” inyeksiya edilir, 8 saat sonra süni mayalanma aparılır. Süni mayalanmadan 11 və ya 12 gün sonra təkrar preparat inyeksiya edilir. -İnəklərdə laktasiya dövrü estrusun sinxronizasiyası məqsədilə: İnəklərdə 2,5ml preparat fasilə ilə inyeksiya edilir. Ilk dəfə doğuşdan 40-60 gün sonra, 2,5ml “Bustral” inyeksiya olunur. 7- gün lüteolitik dozada PGF-2 alfa preparatın analoqu vurulur. 9-cu gün 2,5ml “Bustral” inyeksiya olunur. İkinci inyeksiyadan sonra 10-cu gün mayalanma (axıntı əlamətlərindən asılı olmayaraq) aparılır, (20-24 saat sonra) təkrar “Bustral” inyeksiya olunur. Heyvanlar cinsi müayinədən keçirilməlidir. Düyələrin fiziki və cinsi yetginliyi nəzərə alınmalıdır. -Boğazlığın dayandırılması məqsədi ilə: İnəklərdə 2,5ml preparat inyeksiya edilir. -Madyanlarda 10ml preparat bir dəfədə vurulur. Cinsi tsikli olan madyanlarda axıntının 5-ci günü ilə 13-cü günü arasında vurulur. Cütləşmə üçün münasib vaxt inyeksiyadan sonrakı 4-6-с1 günlərdir. İnək və madyanlara preparat əzələdaxili inyeksiya edilir.

Reviews

There are no reviews yet.

Be the first to review “BUSTRAL”

Your email address will not be published. Required fields are marked *