SANTAFLOX %10

Categories: , ,

Description

Preparatın ticarət adı: SANTAFLOX % 10

İstifadə sahəsi: Entrofloksasinə həssas olan aşağıdakı bakteriyaların səbəb olduğu infeksiyaların müalicəsində istifadə olunur: Toyuqlar -Mycoplasma gallisepticum. -Mycoplasma synoviae. -Avibacterium paragallinarum, -Pasteurella multocida. Hind toyuğu: -Mycoplasma gallisepticum, -Mycoplasma synoviae. -Pasteurella multocida. Dovşanlar: E.coli infeksiyası nəticəsində yaranan bakterial enterit və Pasteurella multocida səbəb olduğu yoluxuси xəstəliklərin müalicəsində istifadə olunur.
Dərman forması və qablaşdırma: Oral məhlul, solğun sarı, hissəcik və çöküntüləri olmayan şəffaf məhluldur.
Preparatın tərkibi, fəal maddə: BENZIL SPIRTI – 14 mq, Enrofloksasin – 100 mq
İstifadə və dozalaşdırma qaydaları: Toyuq və hind quşu: Gündəlik 10mq/kq bədən çəkisi dozasında içməli suya qarışdırılır və infeksiyanın şiddətindən asılı olaraq 3-5 gün ardıcıl olaraq verilir. Qarışıq infeksiyalarda və xroniki xəstəliklərdə 5 gün ardıcıl olaraq tətbiq edilməlidir. Əgər 2-3 gün ərzində klinik yaxşılaşma əlde olunmazsa, həssaslıq testinin nəticələrinə əsasən alternativ variantlar nəzərdən keçirilə bilər. Antimikrob terapiya nəzərə alınmalıdır. Həmişə dozalanmış dərmanın sonadək istifadəsinə nəzarət etmək lazımdır. Dərmanlı su hər gün təzə hazırlanmalıdır. Müalicə zamanı heyvanların başqa su bənbəyindən su içməsinə icazə verilməməlidir. Az dozanın qarşısını almaq üçün heyvanların bədən çəkisi mümkün qədər dəbib hesablanmalıdır. Düzgün çiləməni təmin etmək üçün nasos sistemləri daim yoxlanılmalıdır. Müalicə başlamazdan əvvəl su sistemi qurudulmalı və dərmanlı su ilə doldurulmalıdır. Müalicə müddəti ərzində tələb olunan məhsulun gündəlik miqdarı (ml) aşağıdakı kimi hesablanır; Quşların ümumi sayı x Orta bədən çəkisi (kq) x 0,1 = Ümumi gündəlik həcm (ml) Heyvanlar tərəfindən dərmanlı suyun qəbulu klinik vəziyyət, yaş, cins və ətraf mühitin temperaturundan asılı olaraq dəyişə bilər. Buna görə də, düzgün dozanı təmin etmək üçün avadanlıqdan dərmanlı suyun konsentrasiyasını tənzimləmək lazım ola bilər. Müvafiq kalibrlənmiş çəki ölçən istifadə etmək tövsiyə olunur. Dovşan: Ardıcıl 5 gün ərzində gündə 10mq/kq bədən çəkisinə uyğun hesablanaraq tətbiq edilir. Müalicə zamanı tələb olunan məhsulun gündəlik miqdarı (ml) aşağıdakı kimi hesablanır: Dovşanların ümumi sayı x Orta bədən çəkisi (kq) x 0,1 = Ümumi gündəlik həcm (ml)

Gözləmə vaxtı: Müalicə zamanı və son dərman tətbiqindən sonra toyuqlar 7, hind toyuqlarında 13 və dovşanlar 3 gün keçmədən kəsimə göndərilməməlidir. İnsan istehlakı üçün yumurta istehsal edən toyuq və hind toyuqlarında istifadə edilmir. Fərələrdə yumurta vermə dövründən 14 gün əvvəl istifadə edilməməlidir

 

Reviews

There are no reviews yet.

Be the first to review “SANTAFLOX %10”

Your email address will not be published. Required fields are marked *