UCALVET MMC komandası, Türkiyənin Albafarma İlaç Sanayi ve Ticaret MMC şirkətinin Azərbaycandakı rəsmi distribyutoru kimi fəaliyyət göstərməkdən böyük məmnunluq duyur. Bu əməkdaşlıq sayəsində ölkəmizə Albafarma-nın yüksək keyfiyyətli dərman preparatları və baytarlıq məhsulları idxal edilir.
UCALVET MMC, həm peşəkar və müasir məhsulları Azərbaycandakı müştərilərə çatdırmaq, həm də baytarlıq sahəsində keyfiyyət və etibarlılığı artırmaq missiyasını davam etdirir. Bu strateji əməkdaşlıq, ölkədə baytarlıq sektorunda innovasiya və xidmət keyfiyyətinin yüksəlməsinə böyük töhfə verəcək.




