Description
Preparatın ticarət adı: Beeraz
İstifadə sahəsi: Arıların varrootozuna qarşı istifadə edilir.
Preparatın tərkibi, fəal maddə: Amitraz- 500mq.
Dərman forması və qablaşdırma: Aerozol istifadə üçün, akarisid (amitraz) tərkibə hopturulmuş, ağac qabığına bənzər lentlərdir Akarisid tərkibə hopturulmuş, ağac qabığına bənzər lentlər 10, 20 və 50 ədəd həcmində, üç laylı folqalı paketlərdə buraxılır.
Farmako-terapevtik qrupu: Arılar üçün akarisid baytarlıq preparatı.
İstifadə və dozalaşdırma qaydaları: İstifadə edilməzdən əvvəl lentlər paketlərdən çıxarılır, şaquli vəziyyətdə arı yuvasında çərçivələr arasında asılır. Sağlam və güclü 1-5 arı ailələri olan arı yuvasında 1 lent, 2-ci və 3-cü arılı ramkalar arası asılır. Böyük arı ailələrinə 6- 10 arı ailələri olan arı yuvasında 2 lent, 2-ci -3-cü və 5-ci -6-cı arılı ramkalar arası asılır. Lentlərin ekspozisiya müddəti arı yuvasında 4-6 həftə davam edir. Yaz fəslinin əvvəllərində arıların uçuşa başlamasından əvvəl; Yay-payız fəsillərində bal məhsulunun süzülməsindən 4-6 həftə əvvəl preparat tətbiq edilir. Hazır bal məhsuluna preparatın qalıqlarının düşməməsi məqsədilə, preparatın istifadəsi bal süzülməsinə 20 gün qalmış dayandırılır. Qeyd: Preparatın kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup arılar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur.






Reviews
There are no reviews yet.