DORACID

Categories: ,

Description

İstifadə sahəsi: Doracid inyeksiya üçün məhlulu iribuynuzlu mal-qarada və qoyunlarda aşağıda sadalanan nematodlara və artropodlara qarşı təsir göstərir. Mal-qarada: Mədə-bağırsaq nematodłarı, ağciyər qıl qurdları, göz nematodları, hipodermalar, əmici bitlər və qotur gənələrinə qarşı mübarizədə və müalicəsində (müalicə və profilaktikasında) istifadə olunur.
Dərman forması və qablaşdırma: Şüşə flakon formasında inyeksiya üçün məhlul
Preparatın tərkibi, fəal maddə: DORAMEKTIN – 10 mq, BENZIL SPIRTI – 2 mq

İstifadə və dozalaşdırma qaydaları : Preparatı düzgün dozada tətbiq etmək üçün heyvanın bəpeu çəkisi mümkün qədər dəqiq şəkildə müəyyən edilməlidir. Müalicə ediləcək heyvan sayı bir deyil, qrup halındadırsa, onları bədən çəkilərinə görə qruplaşdırmaqla müvafiq olaraq az dozanın və ya həddindən artıq dozanın qarşısı alınmalıdır. Yaxşı düzgün kalibrlənmiş dozaj avadanlığından istifadə edilməlidir. Parazitlərə qarşı düzgün mübarizə və heyvandarlıqda nəzarəti təmin etmək üçün veterinar həkim tərəfindən müvafiq doza cədvəli tövsiyə edilməlidir. İribuynuzli mal-qarada mədə-bağırsaq qil qurdlarının, ağciyər qıl qurdlarının, göz nematodları və qaşınma gənələri üçün, qoyunlarda isə mədə- bağırsaq qıl qurdlarının və burun miyazisi üçün 200 mkq/kq-a bərabər hər 50 kq bədən kütləsi üçün 1 ml (10 mq doramektin) birdəfəlik dozada müalicə tətbiq olunur. Qoyunlarda Psoroptes ovis (qoyun qaşınması) və diri qoturun klinik simptomlarının müalicəsi zamanı 300 mkq/kq-a bərabər hər 33 kq bədən kütləsi üçün 1 ml (10 mq doramektin), birdəfəlik dozada müalicə tətbiq olunur. Bundan əlavə, təkrar infeksiyanın qarşısını almaq üçün müvafiq bioloji mühafizə tədbirləri görülməlidir. Xəstəliyə yoluxmuş qoyunlarla təmasda olan qoyunların hamısının müalicə olunması vacibdir. Preparat dərialtı və ya əzələdaxili olaraq tətbiq edilə bilər. edilir. Preparat iribuynuzlu mal-qarada 5 ml-den, qoyunlarda 1.5 ml-den cox olduqda fərqli nahiyyələrə tətbiq Qeyd: İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən preparatın tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.