Description
Preparatın ticarət adı: Ektometrin 1%
İstifadə sahəsi: Preparat inək və qoyunlara, gənələrə, bit və digər parazitlərə qarşı işlədilir – Haemotopinus sternus, Linoqnathus vituli, Bavicola bovis, B. Ovis, Melophaqus ovinus -Ekto parazitlər – Amblyoma sp., Boophilus sp., Hyaloma sp., Rhipicephalus sp. Ixoides ricinus, Dermacetor sp. kimi gənələrə və qoturluq törədicisi Psoroptes sp. qarşı işlədilir.
Dərman forması və qablaşdırma: Preparat 100, 250, 500, 1000 və 2500ml həcminde polietilen taralarda qablaşdırılır. Xaricə istifadə üçün məhlul.
Preparatın tərkibi, fəal maddə 1,0 ml-də: Flumetrin- 10 mq.
İstifadə və dozalaşdırma qaydaları: Preparat quru, zədələnməmiş, heyvanın dili çatmadığı və yalaya bilmədiyi yerlərə: onurğa sütünü boyu, kürəklər arasına, boyun və ənsə nahiyyələrindəki tükü aralıyaraq bir başa dəri səthinə çəkilməlidir. Preparatın iksodid gənələrindən və həşaratlardan qoruyucu təsiri 4-8 həftədir. Preparatın dozalaşdırılması aşağıdakı cədvələr üzrə aparılır:
| İnəklərdə dozalaşdırma | Gənələrə qarşı | Bit və birələrə qarşı |
| 100 diri kütləsine | 10 ml | 20 ml |
| 200 diri kütləsine | 20 ml | 40 ml |
| 300 diri kütləsine | 30 ml | 60 ml |
| 400 diri kütləsine | 40 ml | 80 ml |
| 500 diri kütləsine | 50 ml | 100 ml |
| Qoyun- keçi dozalaşdırma | Gənələrə qarşı | Bit və birələrə qarşı |
| 10 diri kütləsinə | 1 ml | 2 ml |
| 20 diri kütləsinə | 2 ml | 4 ml |
| 30 diri kütləsinə | 3 ml | 6 ml |
| 40 diri kütləsinə | 4 ml | 8 ml |
| 50 diri kütləsinə | 5 ml | 10 ml |






Reviews
There are no reviews yet.