Description
Preparatın ticarət adı: Enrotech
İstifadə sahəsi: Preparat geniş spekterli təsir göstərməklə, iri və xırda buynuzlu heyvanların enrofloksasinə həssas olan mikroorqanizmlər tərəfindən törədilən medebağırsaq, yuxarı tənəffüs yollarının, sidik-tənəsül orqanların bakterial infeksiyalarının müalicəsi, eləcə də ikincili infeksiyalara qarşı tətbiq edilir.
Dərman forması və qablaşdırma: İnyeksiya üçün məhlul. Preparat 20, 50, 100 və 250 ml flakonlarda qablaşdırılır. Flakonlar, karton qutulara qoyulur
Preparatın tərkibi, fəal maddə 1 ml-də: Enrofloksasin -100 mq və köməkçi maddələr.
İstifadə və dozalaşdırma qaydaları: Preparat baytar həkiminin nəzarəti altında əzələdaxili, dərialtına və venadaxili inyeksiya edilməklə tətbiq edilir. Preparat heyvanlara, onların hər 40 kq diri kütləsi üçün 1 ml hesabı ilə dozalaşdırılır. Müalicə 3- 5 gün davam etdirilir. Preparatın birdəfəlik dozasının miqdarı iribuynuzlu heyvanlara 10 ml, buzov, qoyun və keçilərdə 5 ml- dən artıq olduqda, təyin edilmiş doza bərabər hissələrə bölünərək ayrı- ayrı hissələrdən inyeksiya edilir.
Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: İri buynuzlu heyvanların, ətlik məqsədilə kəsilməsinə müalicə dövründə və preparatın axırıncı dəfə tətbiq edildiyi gündən 14, qoyun və keçilərin 10 sutka keçməmiş icazə verilmir. İri buynuzlu heyvanların südü üçün gözləmə vaxtı 4 gündür. Qoyun və keçilərin südü qida məhsulu kimi istifadə edilə bilməz.






Reviews
There are no reviews yet.