Description
Preparatın ticarət adı: FENOKSANID oral suspenziya.
İstifadə sahəsi: Preparat iribuynuzlu heyvanlarda (İBH) qoyun, keçi və camışlarda sestodlar, mədə-bağırsaq və ağciyər nematodları tərəfində törədilən invaziyaların müalicə və profilaktikası məqsədilə tətbiq edilir.
Dərman forması və qablaşdırma: Oral istifadə üçün suspenziyadır. Preparat 1,0 ve 2,5 litr həcmində plastik kanistrlarda qutusuz qablaşdırılır.
Preparatın tərkibi, fəal maddə 1,0 ml-də: Fenbendazol-100 mq, Rafoksanid100 mg. Yardımçı maddələr: Kinolin sarısı- 0,09 mg, Natriumum metabisülfit-0,5 mg, Metil paraben-1,0 mg ve Propil paraben-0,1 mg.
İstifadə və dozalaşdırma qaydaları: Preparat 8 saatlıq aclıq dietasından sonra, oral yolu ilə verilməklə istifadə edilir. Dozalaşdırma heyvanların hər kq diri kütləsinə Fenbendazol üçün 11,25 mg ve Rafoksanid üçün isə 11,25 mg hesabı ilə dozalaşdırılaraq daxilə verilir. Preparatın dozalaşdırılması qaramal üçün aşağıdakı qaydada aparılır: Hər 50 kg diri kütləsinə – 5,6 ml preparat hesabı ilə dozalaşdırılır; Hər 100 kg diri kütləsinə – 11,25 ml preparat hesabı ilə dozalaşdırılır; Hər 300 kg diri kütləsinə – 33,75 ml preparat hesabı ilə dozalaşdırılır; Hər 500 kg diri kütləsinə – 56,25 ml preparat hesabı ilə dozalaşdırılır; Heyvanların diri çəkisi 500 kq artıq olduqda, hər 50 kq diri kütləyə görə 5,6 ml preparat əlavə edilir. Heyvanlar bağlı şəraitə keçirildikdən sonra preparatın dozalaşdırılması azaldılır, belə ki hər 50 kq diri kütləsi üçün 3,75 ml, 200 kq üçün 15 ml və ya 500 kq üçün 37,5 ml preparat hesabı ilə dozalaşdırılaraq istifadə edilir. Preparatın hər istifadəsindən əvvəl flakonlar yaxşıca çalxalanmalıdırlar.
Gözləmə vaxtı: Preparat tətbiq edildiyi axırıncı gündən 60 sutkadan sonra heyvanlar ətlik məqsədilə kəsilə bilərlər. Sağmal heyvanlarda istifadə edilmir. Boğazlıq dövrünün son 3 aylarında istifadə edilmir.






Reviews
There are no reviews yet.