NOKET

Description

Preparatın ticarət adı: NOKET

İstifadə sahəsi: Preparat mal-qarada və atlarda aşağıdakı xəstəliklərin müalicəsi və profilaktikası məqsədilə tətbiq olunur:

Mal-qarada: – Doğuşa bağlı iflicin dəstəkləyici müalicəsi, – Bakterial tənəffüs sistemi infeksiyalarında müvafiq etioloji müalicə ilə birlikdə ağrı və qızdırmanın aradan qaldırılması, – Kəskin kliniki mastitdən, o cümlədən qram-mənfi bakteriyaların yaratdığı kəskin endotoksik mastitdən, müvafiq etioloji müalicə ilə birlikdə sağalmanı təşviq etmək, – Doğuşa bağlı döşdəki ödemin aradan qaldırılması, – Osteoartikulyar və əzələ-skelet sistemi ağrıları, – Doğuşdan sonra ayağa qalxmağı asanlaşdırmaq üçün istifadə olunur. Atlarda: – Kəskin ağrı və iltihabla əlaqəli osteoartikulyar və dayaq-hərəkət sistemini təsir edən xəstəliklər: – Travmatik mənşəli topallıq, – Artrit, – Osteit, diz şişməsi, – Tendinit, bursit, – Navikulit, – Laminit, – Miozit. Preparat, həmçinin əməliyyatdan sonrakı iltihabın, kolikanın və hərarətin simptomatik müalicəsində istifadə olunur.
Dərman forması və qablaşdırma: inyeksiya üçün məhlul, preparat xarici görünüşcə rəngsiz və ya açıq sarı rəngli şəffaf, steril məhluldur.
Preparatın tərkibi, fəal maddə: KETOPROFEN – 100 mq
İstifadə və dozalaşdırma qaydaları: Preparat baytar həkim tərəfindən başqa cür tövsiyə edilmədiyi təqdirdə aşağıdakı dozalarda tətbiq olunur: Mal-qara: Əzələdaxili və ya venadaxili olaraq, 3 mq/kq bədən çəkisi/gün dozasında (hər 100 kq bədən çəkisi üçün praktiki olaraq gündə 3 ml) 3 günə qədər tətbiq edilir. At: Venadaxili olaraq, 3-5 gün ərzində 2,2 mq/kq bədən çəkisi/gün dozasında (hər 45 kq bədən çəkisi üçün praktiki olaraq gündə 1 ml) yeridilir. Kliniki cəhətdən zəruri və uyğun olduğu təsdiqlənməyincə, kolik hallarında təkrarlanmamalıdır. Əzələdaxili tətbiqlərdə bir nahiyəyə tətbiq 5 ml-dən çox olmamalıdır. Əməliyyatdan sonrakı ağrıları azaltmaq üçün müdaxilədən 10-30 dəqiqə əvvəl tətbiq edilməlidir. Bir aydan kiçik taylarda istifadə edilmir. Həddindən artıq dozanın qarşısını almaq üçün müvafiq şprisdən istifadə edilməli və bədən çəkisi dəqiq hesablanmalıdır.

Gözləmə vaxtı: Müalicə zamanı və son preparat tətbiqindən sonra 4 gün ərzində mal-qara kəsimə göndərilməməlidir. İnək südü üçün gözləmə vaxtı “0” gündür.

Reviews

There are no reviews yet.

Be the first to review “NOKET”

Your email address will not be published. Required fields are marked *