OKSEROKS

OKSEROKS

Description

Preparatın ticarət adı: OKSEROKS

İstifadə sahəsi: Preparat iri və xırda buynuzlu heyvanların mədə-bağırsaq və ağciyər qurdlarının yumurtalarına, sürfə və yetkin formalarına, qaraciyər qurdlarının yetkin formalarına ve Moniezia sp. qurdlarının yetkin formalarına qarşı müalicə və profılaktika məqsədilə işlədilir. Qaraciyər trematodları: Fasciola hepatica, F. gigantica (yetkin formalarına qarşı) Mədə-bağırsaq nematodları: Ostertagia sp, Haemonchus sp, Trichostrongylus axei, Trichostrongylus sp, Nematodirus sp, Cooperia sp, Bunostomum sp, Strongyloides sp., Chabertia sp, Trichuris sp, Oesophagostomum sp; Ağciyər nematodları: Dictyocaulus sp. (yetkin və sürfə formaları) Sestodlar: Moniezia sp.

Dərman forması və qablaşdırma: Oral (həb), Blister

Preparatın tərkibi fəal maddə: OKSFENDAZOL – 375 mq, OKSİKLOZANİD-750 mq.

İstifadə və dozalaşdırma qaydaları: Preparat Baytar həkiminin nəzarəti altında, heyvanların 8 saatlıq aclıq diyetasından sonra, oral yolla verilir və aşağıdakı qaydalara uyğun olaraq dozalaşdırılır: Qoyun- keçi: hər 50 kq diri kütləsinə 1 həb verilir; İnək- camışlara: hər 150- 200 kq diri kütləsinə 2- 3 həb verilir. 2 Yoluxma təhliikəsi olduqda preparat ildə iki dəfə istifadə edilir (yaz dövrü və payız dövrü). Dehelmintizasiya aparıldıqdan sonra 8-12 saat ərzində heyvanlar qapalı saxlanılır, peyin xüsusu yerlərə yığılıb zərərsızləşdirilir. Qeyd: Preparatın kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup heyvanlar ( 3-5 baş) üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfındən preparatın tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.

Preparat tətbiq edilmiş heyvan məhsullannın qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Preparat heyvanlara tətbiq edildiyi axırıncı gündən 28 qaramal, 21 sutka sonra isə qoyun və keçi ətlik məqsədilə kəsilə bilərlər. Sağmal qaramalın südü qida məhsulu kimi 5 gündən sonra istifadə edilir. Sağmal qoyunların südü qida məhsulu kimi istifadə edilmir.

Reviews

There are no reviews yet.

Be the first to review “OKSEROKS”

Your email address will not be published. Required fields are marked *