Description
Preparatın ticarət adı: “SANTAFLOR” inyeksiya üçün məhlul.
İstifadə sahəsi: Preparat heyvanlarda florfenikola həssas olan mikroorqanizmlər tərəfindən törədilən mədə-bağırsaq, respirator və sidik-tənasül orqanların, həm də yumşaq toxumaların bakterial infeksiyalarının müalicəsi məqsədi ilə tətbiq edilir, o cümlədən (Manheimia haemolytica, Pasteurella multocida, Haemophilus somnus, corynebacterium pyogenes, Fusobacterium necrophorum, Bacteroides meleninogenicus, Moraxella bovis) qarşı təsirlidir.
Dərman forması və qablaşdırma: Prepart karton qutularda, 50 ml, 100 ml ve 250 ml miqdarında tünd rəngli şüşə flakonlarda qablaşdırılır.
Preparatın tərkibi, fəal maddə 1,0 ml-də: Florfenikol- 300 mq.
İstifadə və dozalaşdırma qaydaları: Preparat qaramala dərialtına və əzələdaxili inyeksiya edilir, qoyunlara isə əzələdaxili inyeksiya edilir. Qaramala: Əzələdaxili inyeksiya zamanı preparat 48 saat fasilə verilməklə iki dəfə, 15 kg diri kütləyə 1ml (hər kq diri kütləyə 20 mq florfenikol) hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir. Dərialtına inyeksiya zamanı, bir dəfə, preparat 15 kg diri kütləyə 2ml (hər kq diri kütləyə 40 mq florfenikol) hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir. Qoyunlara: 15 kg diri kütləyə 1ml (hər kq diri kütləyə 20 mq florfenikol) hesabı ilə dozalaşdırılaraq 3 gün ardıcıl inyeksiya edilir. Əgər preparatın miqdarı inəklərdə 10ml, qoyunlarda 4 ml artıq olduğu halda inyeksiya məhlulu iki hissəyə bölünərək heyvanların digər nahiyyəsinə inyeksiya edilir.
Gözləmə vaxtı: Qaramal preparat dərialtı tətbiq edildiyi axırıncı gündən 44, əzələdaxili isə 30 sutkadan sonra onlar ətlik məqsədilə kəsilə bilərlər. Qoyunlar 39 sutkadan sonra ətlik məqsədilə kəsilə bilərlər. İnsan qidası üçün istifadə edildikdə sağmal heyvanlarda preparat tətbiq edilmir. Preparat boğazlıq dövründə və sağmal heyvanlarda tətbiq edilmir.






Reviews
There are no reviews yet.