Description
Preparatın ticarət adı: TYLO 200 inyeksiya üçün məhlul.
İstifadə sahəsi: Preparat məhsuldar ev heyvanlarının və qeyri məhsuldar heyvanların (it, pişik) mədə- bağırsaq yollarının, tənəffüs orqanlarının, sidik- tənəsül sisteminin və sair orqan və toxumaların preparatın fəal təsiredici maddəsinə həssas olan mikroorqanizmlər tərəfindən törədilən xəstəliklərin müalicəsi məqsədi ilə tətbiq edilir. Preparat həm də cərrahi əməliyyatlardan və doğuşdan sonrakı infeksiyaların, ikincili bakterial infeksiyalı virus xəstəliklərinin müalicəsi məqsədi ilə işlədilir.
Dərman forması və qablaşdırma: Preparat 50 və 100 ml həcmində tünd rəngli şüşə flakonlarda qablaşdırılır. Flakonlar, karton qutululara qoyulur. İnyeksiya üçün məhlul.
Preparatın tərkibi, fəal maddə 1 ml-də: Tilozin -200 mq və. Köməkçi maddə: 41,66 mb benzil spirti (konservant).
İstifadə və dozalaşdırma qaydaları: Preparat sutkada bir dəfə, əzələdaxili (və ya yalniz inəklərdə asta şəkildə venadaxili), aşağıdakı qaydalara uyğun tətbiq edilir. – Iri buynuzlu heyvanlara onların hər 100 kq diri kütləsinə 2,5- 5,0 ml preparat (və ya hər kq diri kütləyə 5- 10 mq tilozin) hesabı ilə 3 gün inyeksiya edilir; Qoyun və keçilərə onların hər 50 kq diri kütləsinə 2,5 ml preparat (və ya hər kq diri kütləyə 10 mq tilozin) hesabı ilə 3 gün inyeksiya edilir; – İt və pişiklərə onların hər 10 kq diri kütləsinə 0,35- 0,55 ml preparat (və ya hər kq diri kütləyə 11 mq tilozin) hesabı ilə 3 gün inyeksiya edilir. Preparatın birdəfəlik dozasının miqdarı iribuynuzlu heyvanlara 15 ml, buzov, qoyun və keçilərdə 5 ml- dən artıq olduqda, təyin edilmiş doza bərabər hissələrə bölünərək ayrı- ayrı hissələrdən inyeksiya edilir. Qeyd: Baytarlıq Apteklərində, baytar resepti əsasında satılır. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən preparatın tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.
Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Preparat tətbiq edildiyi axırıncı gündən 28 sutka sonra iri buynuzlu heyvanlar, keçi və qoyunlar 42 gün sonra ətlik məqsədilə kəsilə bilərlər. Süd üçün də gözləmə vaxtı 5 gündür.






Reviews
There are no reviews yet.