Description
Preparatın ticarət adı: “VitalAc”.
İstifadə sahəsi: Buzov, quzu, quşlarda və arılarda vitamin çatışmazlığı nəticəsində baş verən xəstəliklərin müalicə və profilaktikası, stress faktorlarının zərərli təsirlərinin qarşısının alınması, infeksion, parazitar xəstəliklərin müalicəsində yardımçı və vitamin çatışmazlığı nəticəsində baş verən xəstəliklərin müalicəsində dəstəkləyici vasitə kimi istifadə edilir.
Dərman forması və qablaşdırma: Preparat 100q miqdarında folqalı paketlərdə qablaşdırılır. Toz şəkillidir.
Preparatın tərkibi fəal maddə, 1ml-də: Vitamin A- 1500000 BV, Vitamin D3-250000 BV, Vitamin E- 250 mq, Vitamin B1- 250 mq, Vitamin B2- 1000 mq, Vitamin B6- 20 mq, Vitamin B12- 1 mq, Vitamin C- 3000 mq, Vitamin K3- 1500 mq, Niasin (Vitamin B3)- 3000 mq, Kalsium D pantotenat (Vitamin B5)- 1500 mq.
İstifadə və dozalaşdırma qaydaları: Baytar həkimi tərəfindən başqa qaydada məsləhət görülmürsə preparat aşağıdakı qaydalarla dozalaşdırılır: Quzu və oğlaqlara 5 -10 q (1- 2 çay qaşığı) miqdarında suya və ya südə qarışdırılaraq içirdilir, risk fatoru yox olana qədər; Buzovlara 10 -20 q (2- 4 çay qaşığı) miqdarında suya və ya südə qarışdırılaraq içirdilir, risk fatoru yox olana qədər; Quşlara 1 litr içməli suya 25 -30 q (5-6 çay qaşığı) miqdarında qarışdırılaraq içirdilir, risk fatoru yox olana qədər; Su ilə duruldulmuş məhlul 24 saat ərzində içilməlidir. Dərmanlı su hər gün təzə və quşların içə biləcək həcmdə hazırlanmalıdır. Arılara (Xəstəliklərin profilaktikası üçün): 5 litr şərbətə və ya içməli suyuna 10 g (2 çay qaşığı) miqdarında qarışdırılaraq verilir; Arılara (Xəstəliklərin müalicəsi zamanı): 5 litr şərbətə və ya içməli suyuna 20 g (4 çay qaşığı) miqdarında qarışdırılaraq verilir Müalicə fasiləsiz olaraq 4-5 gün ərzində aparılmalıdır. Qeyd: Preparatın kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup heyvanlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat ist tehsalçı tərəfindən preparatın tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.
Gözləmə vaxtı: Gözləmə vaxtı tələb edilmir.






Reviews
There are no reviews yet.