Məlumatlar
İstifadə sahəsi: Preparat pişiklərdə ektoparazitlərinin (bit, birə. malofaqların imaginal və surfə formaları, qotur gənələri) müalicə və profilaktikası məqsədi ilə tətbiq edilir. Preparat həmdə pişiklərdə qotur və birə dermatitlərinin müalicə və profilaktikası məqsədi ilə tətbiq edilir.
Dərman forması və qablaşdırma: Xarici görünüşcə sarı rəngli, şəffaf steril məhluldur.
Preparatın tərkibi, fəal maddə: Fipronil -100 mq, (S)- Metopren- 120 mq
İstifadə və dozalaşdırma qaydaları: Preparatı istifadə etməzdən əvvəl damcıladıcıların ucunu kəsmək lazımdır. Preparat quru, zədələnməmiş, heyvanın dili çatmadığı və yalaya bilmədiyi yerlərə: onurğa sütünü boyu, kürəklər arasına, boyun və ənsə nahiyyələrinə və qulaq seyvanının içəri səthinə, damcıladıcı (tub) vasitəsi ilə tüklü yerlərdə tükü aralıyaraq bir başa dəri səthinə çəkilməlidir “spoton”. Preparat 1 pişik fərdinə 0,5 ml həcmində (1tub) istifadə edilir. Heyvanların ektoparazitlərə yoluxmaması üçün onların döşəmə altlıqlarını vaxtaşırı təmizləməklə, insektisidlərlə işləmək lazımdır. Preparatın istifadəsindən sonra 48 saat müddətində pişiklər çimizdirilməməli və ya tük örtüyü yuyulmamalıdır. Qeyd: Istehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən preparatın tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.





