Ev heyvanlarınız üçün güvənli seçim

Sağlam ev heyvanları yetişdirmək üçün innovativ və yüksək keyfiyyətli məhsulları təqdim edirik

Haqqımızda

UcalVet- Heyvan sağlamlığının qorunması və davamlı inkişaf  istiqamətində fəaliyyət göstərən şirkət olmaqla 11.01.2019- cu ildə fəaliyyətə başlamışdır.

Fəaliyyətə başladığı ilk gündən etibarən, dünyanın aparıcı şirkətlərilə əməkdaşlıq qurmuş, Azərbaycana baytarlıq preparatları,yem əlavələri,alət və avadanlıqlarının idxalını həyata keçirir,heyvandarlıq sektorunda innovativ həllər təqdim edir.

Hazırda Şirkət Türkiyənin Albafarma İlaç və Sənaye MMC şirkətindən baytarlıq preparatlarının idxalı və satışını həyata keçirir həmçinin Benka Arçılıq, Ekin premiks MMC,Smcgroup MMC şirkətlərindən arıçlıq avadanlıqları,preparatlar və yem əlavələrinin də idaxlı üzrə də əməkdaşlıq edilir.

Bundan əlavə Amerikanının Microsules şirkətilə biopreparatların idxalı və satışı üzrə əməkdaşlıq aparırıq.

Asiya regionundan Siflon Drugs MMC,Promedic MMC, Davati MMC şirkətlərinin Azərbaycandakı eksklüziv distribütörü kimi fəaliyyət göstəririk.

UcalVet MMC -Daxili istehsal sahəsində də innovasiyaya imza ataraq ”Nevabee” markası ilə  arı yemlərinin və siroplarının istehsalı üzrə fabrik yaratmışdır. Bu gün Nevabee məhsulları ölkə üzrə geniş satış şəbəkəsinə malikdir və yerli bazarda etibarlı brend kimi tanınır.

UcalVet MMC hal-hazırda ölkə üzrə çoxsaylı baytarlıq aptekləri,fermalar və iri aqroparklarla əməkdaşlıq edir.

Məqsədimiz — keyfiyyətli, etibarlı və beynəlxalq standartlara uyğun məhsullar təqdim etməklə Azərbaycan fermerlərinə davamlı və səmərəli inkişaf imkanı yaratmaqdır.

UcalVet olaraq biz yalnız məhsul deyil, tam xidmət təqdim edirik.

Partnyorlarımızla uzunmüddətli əməkdaşlıq qurmaq üçün təlim, məsləhət və texniki dəstək xidmətləri də göstəririk.

Əməkdaşlıq etdiyimiz beynəlxalq istehsalçılar Avropa və Asiyanın aparıcı istehsalçıları olması bizə fermerlər üçün həm innovativ, həm də iqtisadi cəhətdən səmərəli həllər təqdim etməyə imkan verir.

Biz inanırıq ki, sağlam heyvan – sağlam gələcəyin təminatıdır!

Sürətli çatdırılma

100% orijinal, təsdiqlənmiş preparatlar

Topdan satış