Məlumatlar
İstifadə sahəsi: Heyvanlarda bakterial mənşəli göz xəstəliklərinin müalicəsi üçün istifadə edilir. Atlarda, mal-qarada, qoyunlarda, pişiklərdə və itlərdə Staphylococcus spp. (penisillinaz törədən ştamlar daxil olmaqla), Bacillus spp., Moraxella spp., Streptococcus spp. və Actinomyces pyogenes səbəb olduğu göz infeksiyalarının müalicəsində istifadə olunur. Preparatin mal-qarada xüsusi istifadəsi Moraxella bovis tərəfindən törədilən keratokonyunktivitin (İnfeksion Sığır Keratokonyunktiviti/Çəhrayı Göz Xəstəliyi) müalicəsində istifadə olunur.
Dərman forması və qablaşdırma: Plastik şpris formasında məlhəm
Preparatın tərkibi, fəal maddə: CLOXACILLIN – 167 mq
İstifadə və dozalaşdırma qaydaları: Preparat yalnız xarici istifadə üçündür və gözə yerli olaraq tətbiq olunur. Bu tətbiq üçün, aşağı göz qapağı qaldırıldıqdan sonra, məlhəm zolaq şəklində konyunktiva boşluğuna diqqətlə sıxılır. Hədəl heyvan növlərinə uyğun olaraq tətbiq ediləcək praktik dozalar aşağıdakı kimidir: • Mal-qara və atda: 1 göz üçün təxminən 5-10 sm zolaqda məlhəm çəkin. • Qoyunda: 1 göz üçün təxminən 5 sm zolaqda məlhəm çəkin. •It, Pişikdə: 1 göz üçün təxminən 2 sm zolaqda məlhəm çəkin. Bir gözü yoluxmuş heyvanlarda çarpaz çirklənmənin qarşısını almaq üçün hər iki göz müalicə edilməlidir. İnfeksiyanın sağlam gözə keçməsinin qarşısını almaq üçün müalicəyə sağlam gözdən başlamaq lazımdır. Hər bir şpris birdəfəlik istifadə üçündür. Qalan preparat müvafiq qanunvericiliyə uyğun olaraq utilizasiya edilməlidir. Sürüdən yalnız bir neçə heyvan yoluxmuş olsa belə, profilaktika üçün bütün sürüyə dərman tətbiq edilməlidir. Baytar həkim zəruri hesab edərsə, normal şəraitdə iribuynuzlu mal-qara və qoyunlara birdəfəlik tətbiq kifayətdir.
- Mal-qarada: 48 saat fasilə ilə maksimum 3 dəfə tətbiq olunur. Atda: 24 saat fasilə ilə maksimum 6 dəfə tətbiq olunur.
- Qoyunda: 72 saat fasilə ilə maksimum 2 dəfə tətbiq olunur.
• İt, Pişikdə: Hər 24 saat fasilə ilə maksimum 7 dəfə təkrarlana bilər. 3 gündən sonra heyvanların vəziyyətində əhəmiyyətli bir yaxşılaşma olmazsa, diaqnoz yoxlanılmalı və lazım olduqda müalicə dəyişdirilməlidir. Semptomlar yox olduqdan sonra tətbiq 2 gün daha davam





