Məlumatlar
Preparatın ticarət adı: OTC-LA
İstifadə sahəsi: Preparat oksitetrasiklinə həssas olan mikroorqanizmlər, o cümlədən inəklərdə: Histophilus somni, Mannheimia haemolytica, Pasterella multocida və Mycoplasma bovis tərəfindən törədilən infeksion tənəffüs yolu xəstəliklərin müalicəsində, Arcanobacterium pyogenes tərəfindən törədilən sidik-tənəsül orqanların infeksiyalarında və Dichelobacter nodosus, Fusobacterium necrophorum, Prevotella melaninogenicus tərəfindən törədilən infeksion dırnaq xəstəliklərin müalicəsi məqsədi ilə tətbiq edilir. Qoyunlarda: Mannheimia haemolytica və Pasterella multocida tərəfindən törədilən infeksion tənəffüs yolu xəstəliklərin müalicəsində, Chlamydophila abortus və Arcanobacterium pyogenes tərəfindən törədilən sidik-tənəsül orqanların infeksiyalarında və Dichelobacter nodosus, Fusobacterium necrophorum, Prevotella melaninogenicus tərəfindən törədilən infeksion dırnaq xəstəliklərin müalicəsi məqsədi ilə tətbiq edilir.
Dərman forması və qablaşdırma: İnyeksiya üçün məhlul 50, 100, 250 və 500 ml həcmində tünd rəngli şüşə flakonlarda qablaşdırılır. Flakonlar, karton qutulara qoyulur.
Preparatın tərkibi, fəal maddə 1 ml-də: Oksitetrasiklin dihidrat -200 mq və köməkçi maddələr.
İstifadə və dozalaşdırma qaydaları: Preparat baytar həkiminin nəzarəti altında əzələiçərisinə inyeksiya edilməklə tətbiq edilir. Preparat heyvanların hər 10 kq diri kütləsinə 1ml (hər kq diri kütləsinə 20mq oksitetrasiklin dihidrat) hesabı ilə dozalaşdırılır. Preparat bir dəfə inyeksiya edilməklə, xəstəliyin ağır halında isə 72 saatdan sonra tətbiq etdirilir. Preparatın birdəfəlik dozasının miqdarı iribuynuzlu heyvanlara 20 ml, buzov, qoyun və keçilərdə 5 ml- dən artıq olduqda, təyin edilmiş doza bərabər hissələrə bölünərək ayrı- ayrı hissələrdən inyeksiya edilir.
Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Preparat tətbiq edildiyi axırıncı gündən 28 sutka sonra heyvanlar, ətlik məqsədilə kəsilə bilərlər. Süd üçün gözləmə vaxtı iri buynuzlu heyvanlar üçün 10, keçi və qoyunlar üçün isə 7 gündür.






Reviews
There are no reviews yet.