TENIACID

TENIACID

Məlumatlar

Preparatın ticarət adı:  TENIACID

Dərman forması və qablaşdırma: İnyeksiya üçün məhlul 10 və 20 ml həcmində tünd rəngli şüşə flakonlarda qablaşdırılır. Flakonlar, karton qutulara qoyulur.

Preparatın tərkibi, fəal maddə 1 ml-də: Prazikvantel -56,8 mq və köməkçi maddələr.

Farmako-terapevtik qrupu: Antihelmint baytarlıq preparatı.

İstifadə sahəsi: Preparat it və pişiklərdə parazitlik edən sestodların profilaktikası və müalicəsi məqsədilə istifadə edilir.

İstifadə və dozalaşdırma qaydaları: Preparat baytar həkiminin nəzarəti altında əzələiçərisinə və ya dərialtına inyeksiya edilməklə tətbiq edilir. Heyvanlarda Joyeuxiella pasqualei-ə yoluxma olduqda müalicə 14 sutkadan sonra təkrar tətbiq edilir. Preparatın birdəfəlik dozasının miqdarı 3 ml- dən artıq olduqda, təyin edilmiş doza bərabər hissələrə bölünərək ayrı- ayrı hissələrdən inyeksiya edilir. Preparat heyvanların hər 1 kq diri kütləsinə 0,1ml (hər kq diri kütləsinə 5,7 mq prazikvantel) hesabı ilə aşağıda göstərilən qaydada dozalaşdırılır:

Itlər Pişiklər
Diri kütləsinə, kq Dozalaşdırma, ml Diri kütləsinə, kq Dozalaşdırma, ml
2,5 kq və daha az 0,25 1 kq və daha az 0,1
2,5-5 0,5 1-2 0,2
6-10 1 2-3 0,3
11-20 2 3-4 0,4
21-30 3 4-5 0,5
5 kq və daha ağır 0,6

 

Reviews

There are no reviews yet.

Be the first to review “TENIACID”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir