Beevarflu

Beevarflu

Kateqoriyalar: , Cins:

Məlumatlar

Preparatın ticarət adı: Beevarflu

İstifadə sahəsi: Arıların varrootozuna qarşı.

Preparatın tərkibi, fəal maddə: Flumetrin- 3.6mq.

Dərman forması və qablaşdırma: Aerozol istifadə üçün, akarisid (flumetrin) tərkibə hopturulmuş, ağac qabığına bənzər lentlərdir. Akarisid tərkibə hopturulmuş, ağac qabığına bənzər lentlər 10, 20 və 50 ədəd həcmində, üç laylı folqalı paketlərdə buraxılır.

Farmako-terapevtik qrupu: Arılar üçün akarisid baytarlıq preparatı.

İstifadə və dozalaşdırma qaydaları: İstifadə edilməzdən əvvəl lentlər paketlərdən çıxarılır, şaquli vəziyyətdə arı yuvasında çərçivələr arasında asılır. 7- 8 arı ailələri olan arı yuvasında 2 lent, 3-4-cü və 7-8-ci arılı ramkalar arası asılır. Böyük arı ailələrinə 4 lent asılır. Lentlərin ekspozisiya müddəti arı yuvasında 4-6 həftə davam edir. Yaz fəslində arıların uçuşa başlamasından əvvəl; Yay-payız fəsillərində məhsulunun süzülməsindən sonra preparat tətbiq edilir. bal Hazır bal məhsuluna preparatın qalıqlarının düşməməsi məqsədilə, preparatın istifadəsi bal süzülməsinə 20 gün qalmış dayandırılır. Qeyd: Preparatın kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup arılar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur.

Reviews

There are no reviews yet.

Be the first to review “Beevarflu”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir