OVALYZE

Kateqoriyalar: , ,

Məlumatlar

Preparatın ticarət adı: OVALYZE

İstifadə sahəsi: Kloprostenol-prostaqlandin PGF2-a -nın sintetik analoqu olmaqla progestronun plazmatik səviyyəsini məhdudlaşdırır. Yumurtalığa və balalığın saya əzələlərinə təsir göstərir, beləliklə sarı cismin lüteolitik fəallığına təsir göstərir və məməli heyvanların bir çox növlərində boğaz və qısır heyvanların balalıq fəaliyyətini gücləndirir. Kloprostenolun lüteolitik fəallıq təsiri PGF2-a nisbətən 200-400 dəfə güclüdür. Onun balalıq saya əzələlərini gücləndirən təsiri də güclüdür. Belə ki, Kloprostenolun tsiklik lüteanal fazasında inyeksiyası 48-98 saat sonra dişi heyvanlarda axıntının müsbət simptomlarının baş verməsinə səbəb olur.
Dərman forması və qablaşdırma: inyeksiya üçün maye, xarici görünüşcə şəffaf, rəngsiz, steril məhluldur
Preparatın tərkibi, fəal maddə: BENZIL SPIRTI – 10 mq, KLOPROSTENOL NATRIUM – 250 mkq
İstifadə və dozalaşdırma qaydaları: Preparat Baytar həkiminin nəzarəti altında əzələdaxili inyeksiya edilir və aşağıdakı qaydada dozalaşdırılır; – Íri buynuzlu heyvanlara: hər bir heyvana bir dəfə və ya təkrar inyeksiya edilməklə 2ml preparat hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir; – Dişi atlara: hər bir heyvana bir dəfə 1-2ml preparat hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir; – Ponilər və eşşəklərə: hər bir heyvana bir dəfə 0,5-1 ml preparat hesabı ilə dozalaşdırılaraq inyeksiya edilir

Reviews

There are no reviews yet.

Be the first to review “OVALYZE”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir