TRIMISIN

Məlumatlar

Preparatın ticarət adı: TRIMISIN

İstifadə sahəsi: “TRIMISIN” preparatı gövşəməyə başlamamış buzovlarda, quzularda və ulaqlarda, pnevmoniya, bronxit, nefrit, göbək iltihabı, Salmonella və Vibrio növlərinin bakterial enteritləri və həssas bakteriyaların törətdiyi digər yumşaq toxuma xəstəliklərinin müalicəsində, -Ətlik məqsədi ilə olan hind toyuqlarında və toyuqlarda E.coli, Salmonella və Pasteurella növlərinin törətdiyi, xəstəliklərdə, Haemophilus və Yersinia növlərinin törətdiyi koriza və xolera xəstəliklərində, həmçinin həssas bakteriyaların əmələ gətirdiyi rinit, konyuktivit, sinusit və bakterial enterit kimi xəstəliklərin müalicəsində tətbiq olunur.
Dərman forması və qablaşdırma: Xarici görünüşcə açıq krem rəngli qoxusuz tozdur.
Preparatın tərkibi, fəal maddə: SULFADIAZIN. – 250 mq, TRIMETOPRIM. – 50 mq, NEOMISIN SULFAT. – 125 mq
İstifadə və dozalaşdırma qaydaları: Preparatın istifadəsi baytar həkim tərəfindən başqa şəkildə məsləhət edilmədikdə. -Quzu,keçi və buzovlarda hər 12,5 kq bədən kütləsi üçün gündə 1 q Trimisin oral məhlul tozu lazimi miqdar su ilə qarışdırılaraq içməyə verilir. -Ətlik məqsədi ilə olan hind toyuqlarında və toyuqlarda hər 12,5 kq diri bədən kütləsi üçün gündə 2 q Trimisin oral məhlul tozu içməli su ilə qarışdırılaraq verilir. Tətbiqdən 2-3 saat əvvəl heyvanları susuzlaşdırmaq məsləhətdir. Dərmanlı su hər gün təzə hazırlanmalıdır. Bütün növ heyvanlarda müalicə 3-5 gün davam etdirilir.

Gözləmə vaxtı: Preparatın istifadəsi zamanı və istifadəsinin dayandırıldığı gündən etibarən quzu,keçi və buzovlarda 14 gün, toyuqlarda və hind toyuqlarında 10 gün keçmədən ətlik məqsədi ilə istehlak edilə bilməzlər. Yumurtası insan istehlakı üçün nəzərdə tutulan hind toyuqları və toyuqlarda preparat istifadə edilməməlidir.

 

Reviews

There are no reviews yet.

Be the first to review “TRIMISIN”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir