FİPROGUARD SM CAT

FİPROGUARD SM CAT

Kateqoriya:

Məlumatlar

Preparatın ticarət adı:  FİPROGUARD SM CAT

Dərman forması və qablaşdırma: Xaricə istifadə üçün məhlul 0,5 ml miqdarında polipropilen damcıladıcılarda qablaşdırılır. Damcıladıcılar 1, 3 ve 6 ədət olmaqla blisterlərə yığılaraq karton qutululara qoyulur.

Preparatın tərkibi, fəal maddə 1 ml-də: Fipronil -100 mq, (S)- Metopren- 120 mq

Farmako-terapevtik qrupu: İnsektisid- akarisid baytarlıq preparatı.

İstifadə sahəsi: Preparat pişiklərdə ektoparazitlərinin (bit, birə. malofaqların imaginal və surfə formaları, qotur gənələri) müalicə və profilaktikası məqsədi ilə tətbiq edilir. Preparat həmdə pişiklərdə qotur və birə dermatitlərinin müalicə və profilaktikası məqsədi ilə tətbiq edilir.

İstifadə və dozalaşdırma qaydaları: Preparatı istifadə etməzdən əvvəl damcıladıcıların ucunu kəsmək lazımdır. Preparat quru, zədələnməmiş, heyvanın dili çatmadığı və yalaya bilmədiyi yerlərə: onurğa sütünü boyu, kürəklər arasına, boyun və ənsə nahiyyələrinə və qulaq seyvanının içəri səthinə, damcıladıcı (tub) vasitəsi ilə tüklü yerlərdə tükü aralıyaraq bir başa dəri səthinə çəkilməlidir “spoton”. Preparat 1 pişik fərdinə 0,5 ml həcmində (1tub) istifadə edilir. Heyvanların ektoparazitlərə yoluxmaması üçün onların döşəmə altlıqlarını vaxtaşırı təmizləməklə, insektisidlərlə işləmək lazımdır. Preparatın istifadəsindən sonra 48 saat müddətində pişiklər çimizdirilməməli və ya tük örtüyü yuyulmamalıdır.

Reviews

There are no reviews yet.

Be the first to review “FİPROGUARD SM CAT”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir