FİPROGUARD SM DOG

FİPROGUARD SM DOG

Kateqoriya: Cins:

Məlumatlar

Preparatın ticarət adı:  FİPROGUARD SM DOG

Dərman forması və qablaşdırma: Dəri üzərinə istifadə üçün məhlul, Preparat 0,67 ml; 1,34 ml; 2,68 ml və 4,02 ml miqdarında polipropilen damcıladıcılarda qablaşdırılır. Damcıladıcılar 1, 3 ve 6 ədət olmaqla blisterlərə yığılır.

Preparatın tərkibi fəal maddə, 1ml-də: Fipronil- 100 mg, (S)-Metopren-90 mg.

Farmako-terapevtik qrupu: İnsektisid-akarisid baytarlıq preparatı.

İstifadə sahəsi: Preparat itlərdə ektoparazitlərin (bit, birə, malofaqların imaginal və sürfə formaları, qotur gənələri) müalicə və profilaktikası məqsədi ilə tətbiq edilir. Preparat həm də itlərdə qotur və birə dermatidlərinin müalicə və profilaktikası məqsədi ilə tətbiq edilir.

İstifadə və dozalaşdırma qaydaları: Preparatı istifadə etməzdən əvvəl damcıladıcıların ucunu kəsmək lazımdır. Preparat quru, zədələnməmiş, heyvanın dili çatmadığı və yalaya bilmədiyi yerlərə: onurğa sütünü boyu, kürəklər arasına, boyun və ənsə nahiyyələrinə ле qulaq seyvanının içəri səthinə, damcıladıcı (tub) vasitəsi ilə tüklü yerlərdə tükü aralıyaraq bir başa dəri səthinə çəkilməlidir “spot-on”. Preparat aşağıdakı cədvələ uyğun istifadə edilir:

İtlərin diri çəkisi Fəal maddələrin miqdarı Dozalaşdırma
2-10 kg arası 67 mg Fipronil, 60,3 mg (S)-Metopren 0,67 ml
10 – 20 kg arası 134 mg Fipronil, 120,6 mg (S)-Metopren 1,34 ml
20-40 kg arası 268 mg Fipronil, 241,2 mg (S)-Metopren 2,68 ml
40-60 kg arası 402 mg Fipronil: 361,8 mg (S)-Metopren 4,02 ml

Qotur gənələri, bitlər və malofaqlara qarşı işləmə 7-10 sutka fasilə ilə 2-4 dəfə aparıla bilər. Heyvanların ektoparazitlərə yoluxmaması üçün onların döşəmə altlıqlarını vaxtaşırı təmizləməklə, insektisidlərlə işləmək lazımdır. Otodektoza (qulaq qoturuna) qarşı qulaq yolunu qabıqlardan və başqa risklərdən təmizlədikdən sonra hər bir qulağa 1-3 damcı preparat işlədilir. Preparatın bərabər yayılması üçün qulaq seyvanı uzunu boyu qatlayıb, ehmalla qulaq dibini masaj etmək və heyvanın başını bir neçə dəqiqə tutmaq lazımdır. Otodektoza qarşı işləmə 5-7 sutka fasilə ilə 2-3 dəfə aparıla bilər. Bir qulağın zədələnməsi vəziyyətində, preparat hər iki qulaq seyvanına tökülməlidir. Preparatın qalığını onurğa boyu dəriyə çəkmək lazımdır. Preparatın istifadəsindən sonra 48 saat müddətində itlər çimizdirilməməli və ya tük örtüyü yuyulmamalıdır. Qeyd: Preparat kütləvi tətbiq edilməzdən əvvəl kiçik qrup heyvanlar (3-5 baş) üzərinpe sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir.

Reviews

There are no reviews yet.

Be the first to review “FİPROGUARD SM DOG”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir