Məlumatlar
Preparatın ticarət adı: “FİPROGUARD SPREY”.
Dərman forması və qablaşdırma: Sprey istifadəsi üçün məhlul. Preparat karton qutularda, 100 ml və 250 ml miqdarında plastik aerozol balonlarda qablaşdırılır.
Preparatın tərkibi fəal maddə, 1ml-də: Fipronil- 2,5mq.
İstifadə sahəsi: Preparat it və pişiklərdə ektoparazitlərinin (bit, birə, malofaqların imaginal və surfə formaları, qotur gənələri) müalicə və profilaktikası məqsədi ilə tətbiq edilir. Preparat həmdə it və pişiklərdə qotur və birə dermatitlərinin müalicə və profilaktikası məqsədi ilə tətbiq edilir.
Farmako-terapevtik qrupu: İnsektisit-akarisid baytarlıq preparatı.
İstifadə və dozalaşdırma qaydaları: Flakonun üzərindəki dozator sıxılmaqla preparat heyvanların dili çatmadığı və yalaya bilmədiyi yerlərə: onurğa sütunu boyu, kürəklər arasına, boyun və ənsə nahiyyələrinə və qulaq seyvanının içəri səthinə, onların dərisinə püskürtmək lazımdır. Heyvanların hər kq diri kütləsinə 3ml preparat hesabı ilə dozalaşdırılır (flakonun üzərindəki dozatorla 6 dəfə püskürtmə). Heyvanların tük örtüyünün uzunluğundan asılı olaraq dozalaşdırma iki dəfə artırıla bilər. Ektoparazitlərə yoluxmaması üçün heyvanların döşəmə altlıqlarını vaxtaşırı təmizləməklə, insektisidlərlə işləmək lazımdır. Flakon işləməzdən əvvəl yaxşıca çalxalanılmalıdır. Qeyd: Preparat kütləvi tətbiq edilməzindən əvvəl kiçik qrup heyvanlar ( 3-5 baş) üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur.






Reviews
There are no reviews yet.