Məlumatlar
Preparatın ticarət adı: “KANASEF LC” intrasisternal yeritmək üçün suspenzziya – KANASEF LC Meme İçi Suspenziyadir.
İstifadə sahəsi: Preparat sağmal inəklərdə Staphylococcus aureus, Streptococcus dysgalactiae, Streptococcus uberis ve Escherichia coli-in səbəb olduqları kəskin, yarım kəskin və xroniki mastitlərin müalicəsində istifadə olunur.
Dərman forması və qablaşdırma: İntrasisternal (məmələrə) yeritmək üçün yağlı suspenziya. 8,0 q həcmində plastik şprislərdə qablaşdırılır
Preparatın tərkibi, fəal maddə: Sefaleksin monohidrat – 200 mq, Kanamisin monosülfat – 100.000 BV.
İstifadə və dozalaşdırma qaydaları: Preparatın 1 şprisinin tərkibi yelinin xəstə hissəsinə intrasisternal (məmədən) yeridilməklə tətbiq edilir. Preparatı işlətməzdən əvvəl inəyin yelinin xəstə payının südünü sağmaq (başqa bir qaba), inəyin məməsinin və əlləri antiseptik vasitə ilə silmək və preparatın tubunu yaxşıca çalxalamaq lazımdır. Sonra isə, tubun (şprisin) qapağını açıb onun ucunu ehtiyatla inəyin məmə kanalına salıb dərman yeridilir. Yelin preparat yeridilmiş nahiyyəsi, dərmanın yelin toxumasına yaxşı yayılması üçün, asta massaj edilir. Bundan sonra məmə yenidən antiseptiklə işlənməlidir. Preparat hər 24 saatdan bir yeridilməklə müalicə 3 gün davam etdirilir. Zərurət olduqda intramammar müalicə ilə yanaşı sistem müalicə də tətbiq edilə bilər.
Gözləmə vaxtı: Heyvanların ətlik məqsədilə kəsilməsinə müalicə dövründə və preparatın axırıncı dəfə tətbiq edildiyi gündən 10 sutka keçməmiş icazə verilmir. Sağmal heyvanlarin südü insanlarda qida məhsulu kimi prparatın istifadə edildiyi, 5 gün sonra istifadə edilir.






Reviews
There are no reviews yet.