METRIDIAZIN

Metridiazin

Məlumatlar

Preparatın ticarət adı: Metridiazin

İstifadə sahəsi: Preparat yeni doğulmuş gövşəyən heyvanlarda (mədə önlükləri funksiyaya başlamamış) pnevmoniya, diareya, dispepsiya, septisemiya, pasterellyoz, nefrit, sistit, furunkulyoz, infeksiyalaşmış yaralar, dermatit, artrit və sair xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilir.

Dərman forması və qablaşdırma: Preparat bir blisterdə 5 bolyus olmaqla qablaşdırılır. Blisterlər 2 ədəd və ya 10 ədəd həcmində karton qutulara yığılır.

Preparatın tərkibi, fəal maddə 1,0 bolyusda: Trimetoprim- 200 mq, Sulfadiazin1000 mq.

İstifadə və dozalaşdırma qaydaları: Preparat oral yolu ilə verilməklə istifadə edilir. Dozalaşdırma heyvanların hər 40 kq diri kütləsinə 1 bolyus hesabı ilə (hər kq diri kütləyə 30 mq Trimetoprim və Sulfadiazin) dozalaşdırılaraq içməli suya qarışdırmaqla və ya dozator tapancası ilə, gündə 1 dəfə verilməklə, müalicә 3-5 sutka davam etdirilir. Preparat içməli suya qarışdırılmaqla istifadə edildikdə, qabaqcadan əzilir, 300 ml içməli suda qarışdırılır və dərhal xəstə heyvana içirdilir. Qeyd: Preparatın kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup heyvanlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən preparatın tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.

Gözləmə vaxtı: Preparat tətbiq edildiyi axırıncı gündən 15 sutkadan sonra heyvanlar ətlik məqsədilə kəsilə bilərlər. Boğazlıq dövündə istifadə edilmir.

Reviews

There are no reviews yet.

Be the first to review “METRIDIAZIN”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir