Məlumatlar
İstifadə sahəsi: Preparat iri buynuzlu heyvanlarda (IBH) qoyun ve keçilərdə nematod, sestod və trematodlara qarşı müalicə-profilaktika məqsədi ilə istifadə edilir.
Dərman forması və qablaşdırma: Preparat xarici görünüşçə ağamsov rəngli, elips formalı, bir üzündə şırımı, diqər üzündə isə DPH yazısı olan bolyusdur.
Preparatın tərkibi, fəal maddə: Oksiklozanid-500 mq və yardımçı maddələr: laktoza-295 mq, kartof nişastası-175 mq, modifikasiya olunmuş nişasta-60 mq, aerosil-40 mq, natrium laurosulfat-40 mq, Tvin (80)-5mq, Talk-40 mq, polivinilpirrolidon-30 mq, maqnium stearat-12 mq.
İstifadə və dozalaşdırma qaydaları: Preparat oral yolla, fərdi olaraq aşağıdakı dozalarda tətbiq edilir: Fassiolyoz, dikrosellioz və parafistomatozun müalicə və profilaktikası məqsədilə, heyvanların 40 kq diri kütləsinə 1 bolyus (və ya hər kq diri kütləyə 12,5 mq oksiklozanid) hesabı ilə dozalaşdırılaraq daxilə verilir. -Heyvanlarda moniezioz, avitelineoz, tizaniozun müalicə və profilaktikası məqsədilə, heyvanların 50 kq diri kütləsinə 1 bolyus (və ya hər kq diri kütləyə 10,0 mq oksiklozanid)
Gözləmə vaxtı: Ət və ət məhsulları üçün gözləmə vaxtı 12-14 gün, süd üçün isə 36 saatdır (Preparat verildiyi axırıncı gündən etibarən).





