Oksiklozanid 750

Kateqoriyalar: ,

Məlumatlar

İstifadə sahəsi : Preparat iri və xırda buynuzlu heyvanların məрebağırsaq və ağciyər qurdlarının yumurtalarına, sürfə və yetkin formalarına, qaraciyər qurdalarının yetkin formalarına ve Moniezia sp. qurdlarının yetkin formalarına qarşı müalicə və profilaktika məqsədilə işlədilir. Qaraciyər trematodları: Fasciola hepatica, F. gigantica (yetkin formalarına qarşı) Mədə-bağırsaq nematodları: Ostertagia sp, Haemonchus sp, Trichostrongylus axei, Trichostrongylus sp, Nematodirus sp, Cooperia sp, Bunostomum sp, Strongyloides sp., Chabertia sp, Trichuris sp, Oesophagostomum sp; Ağciyər nematodları: Dictyocaulus sp. (yetkin və sürfə formaları) Sestodlar: Moniezia sp.
Dərman forması və qablaşdırma: Preparat ağzı qapaqlı plastik bankalarda 250 həb həcmində qablaşdırılır.
Preparatın tərkibi, fəal maddə: Oksiklozanid- 750 mq.

İstifadə və dozalaşdırma qaydaları: Preparat, 8 saatlıq aclıq diyetasindan sonra, oral yolla verilir və aşağıdakı qaydalara uyğun dozalaşdırılır:

– Fassiolyoz, dikroselioz və parafistamatoz zamanı: heyvanların 60 kq diri kütləsinə 1 həb hesabı ilə dozalaşdırılaraq verilir;

-Moniezioz, aviteliniyoz və tizaniyoz zamanı: heyvanların 75 kq diri kütləsinə 1 həb hesabı ilə dozalaşdırılaraq verilir.

-Nematod və setodozlar zamanı: heyvanların 60 kq diri kütləsinə 1 həb hesabı ilə dozalaşdırılaraq verilir; -Trematodozlar zamanı: heyvanların 45 kq diri kütləsinə 1 həb hesabı ilə dozalaşdırılaraq verilir;

Yoluxma təhlükəsi olduqda preparat ildə iki dəfə istifadə edilir ( yaz dövrü və payız dövrü). Dehelmintizasiya aparıldıqdan sonra 8- 12 saat ərzində heyvanlar qapalı saxlanılır, peyin xüsusu yerlərə yığılıb zərərsızləşdirilir. Qeyd: Preparatın kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup heyvanlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. Istehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən preparatın tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.
Gözləmə vaxtı: Preparat heyvanlara tətbiq edildiyi axırıncı gündən 28 qaramal, 14 sutka sonra isə qoyun və keçi ətlik məqsədilə kəsilə bilərlər. Süd qida məhsulu kimi 5 gündən sonra istifadə edilir.