Məlumatlar
Preparatın ticarət adı: Santadoks %10
İstifadə sahəsi: Santadoks 10% buzovlarda (gövşəməyə başlamamış buzovlarda) və ətlik məqsədi ilə istifadə edilən toyuqlarda Doksisiklinə həssas bakteriyaların yaratdığı infeksiyaların müalicəsində istifadə olunur. Ətlik məqsədi ilə istifadə edilən toyuqlarda Doksisiklinə həssas Mycoplasma növlərinin yaratdığı mikoplazmoz və xroniki tənəffüs sisteminin xəstəliklərinin müalicəsində tətbiq edilir. Gövşəməyə başlamamış buzovlarda Doksisiklinə həssas Pasteurella multocida və mannheima haemolytica bakteriyalarının əmələ gətirdiyi tənəffüs sisteminin xəstəliklərinin müalicəsində istifadə edilir.
Dərman forması və qablaşdırma: Oral məhlul, Sarı-qəhvəyi rəngli şəffav.
Preparatın tərkibi, fəal maddə: DOKSISIKLIN HIKLAT – 100 mq, BROMHEKSIN HCL – 10 mq
İstifadə və dozalaşdırma qaydaları: Preparatın istifadəsi baytar həkim tərəfindən başqa şəkildə məsləhət edilmədikdə, buzovlarda (gövşəməyə başlamamış buzovlarda) Santadoks 10% Öral məhlulu 10 kq bədən bədən kütləsi üçün gündəlik 1 ml dozada süd və ya süd əvəzedicisinə qarışdırılır və 4-5 gün ərzində oral yolla qəbul edilir. Tövsiyə olunan doza, müalicə olunacaq buzovların sayından və çəkisindən asılı olaraq dəyişilir.
Ətlik məqsədi ilə istifadə edilən toyuqlarda preparat 100 kq bədən kütləsi üçün gündəlik 10 ml dozada 4-5 gün ərzində içməli su ilə qarışdırılaraq oral yolla qəbul edilir. Tövsiyə olunan doza, müalicə olunacaq quşların sayından və çəkisindən asılı olaraq dəyişilir. Düzgün doza istifadə edilməsi üçün heyvanların bədən çəkisi mümkün qədər dəqiq hesablanmalıdır. Dərmanın gündəlik miqdarını dəbib hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilməlidir: … ml məhlul/kq bədən çəkisi/gün x müalicə edilən quşun ortalama bədən çəkisi / Hər quş üçün gündəlik ortalama su istifadəsi (lt) Hər 11 su üçün …ml məhlul Düzgün dozada istifadə etmək üçün heyvanların bədən çəkisi mümkün qədər dəqiq hesablanmalıdır. Heyvanlar tərəfindən dərmanlı suyun qəbulu klinik vəziyyətdən asılı olaraq dəyişə bilər. Dərmanlı su hər 24 saatdan bir yenidən hazırlanmalıdır. Əvvəlcə məhsulu bir az su ilə yaxşıca qarışdıraraq (hər litr içməli su üçün təxminən 100 ml dərman ilə konsentratlaşdırılmış premiks yaratmaq) və sonra lazım olduqda bu qarışığı lazımi miqdarda su ilə artırmaq tövsiyə olunur. Můalicə zamanı heyvanların yeganə su mənbəyi dərmanlı su olmalıdır. Hazırlanmış dərmanlı su metal qabda saxlanılmamalı və paslanmışs avadanlıqlardan istifadə edilməməlidir.






Reviews
There are no reviews yet.