SPIRAC

Kateqoriyalar: ,

Məlumatlar

Preparatın ticarət adı: SPIRAC

İstifadə sahəsi: Spirasem inycksiya üçün məhlulu iribuynuzlu mal-qarada spiramisinə həssas bakteriyaların yaratdığı aşağıdakı infeksiyaların müalicəsində istifadə olunur: -Pasteurella multocida və Mannheimia haemolytica səbəb olduğu tənəffüs yollarının infeksiyalarında, -Süd verən inəklərdə Staphylococcus aureus ștammının yaratdığı kəskin kliniki mastitlərdə, -Metritdə, -Ayağ çürüməsində.
Dərman forması və qablaşdırma: Sarıdan tünd sarı rəngə qədər çaları olan, şəffav steril inyeksiya üçün məhluldur.
Preparatın tərkibi, fəal maddə: SPIRAMISIN – 600000 BV, BENZIL SPIRTI – 41.60 mq
İstifadə və dozalaşdırma qaydaları: 30.000 IU Spiramisin/kq bədən çəkisi, (5 ml Spirac inyeksiya məhlulu/100 kq bədən çəkisi) əzələdaxili tətbiq edilir. Lazım gələrsə, müalicə 24 saatdan sonra təkrarlana bilər. Tənəffüs sisteminin yoluxucu xəstəlikləri zamanı 100.000 IU Spiramisin/kq bədən çəkisi (5 ml Spirac inyeksiya məhlulu /30kq bədən çəkisi) əzələdaxili tətbiq edilir. Müalicə 48 saatdan sonra təkrarlanır. Artıq dozada istifadəsinin qarşısını almaq üçün bədən çəkisi mümkün qədər dəqiq müəyyən edilməlidir. Eyni inyeksiya nahiyyəsinə 15 ml dozadan çox tətbiq edilməməlidir. -Tənəffüs sisteminin infeksiyalarında: 100 000 IU Spiramisin/kq bədən çəkisi (5 ml Spirac inyeksiya məhlulu /30 kq bədən çəkisi) 48 saat fasilə ilə iki dəfə əzələdaxili yeridilir. -Mastit və digər infeksiyalar zamanı, 30 000 IU Spiramisin/kq bədən çəkisi (5 ml Spirac inyeksiya məhlulu /100 kq bədən çəkisi) 24 saat fasilə ilə iki dəfə əzələdaxili tətbiq edilir. Maksimum doza həeminin məhdudlaşdırılması səbəbindən iribuynuzlu mal-qaraya eyni gündə bir neçə dəfə inyeksiya lazım olduqda, bütün inyeksiyalar boyunun eyni tərəfinə, bir-birindən 15 sm məsafəрe aparılmalıdır. 24 saat sonra inyeksiyanın təkrarlanması zərurəti yaranarsa, bütün inyeksiyalar boyunun digər tərəfinə yenidən 15 sm intervalla aparılmalıdır. Bu prosedur inyeksiya nahiyyəsini ayırmaq üçün istifadə olunur

Gözləmə vaxtı: 30 000 IU Spiramisin/kq bədən çəkisi (5 ml Spirac inyeksiya məhlulu/30 kq bədən çəkisi.) 48 saat fasilə ilə iki dəfə tətbiq zamanı: -Müalicə zamanı və sonuncu dərman tətbiqindən sonra iribuynuzlu mal-qarada ətlik məqsəd üçün gözləmə vaxtı 75 gün, inək südü üçün gözləmə vaxtı 13,5 (27 sağım)gündür. Tənəffüs yoluxucu infeksiyalar zamanı (100 000 IU Spiramisin/kq bədən çəkisi. (5 ml Spirac inyeksiya məhlulu 30 kq bədən çəkisi.) 48 saat fasilə ilə iki dəfə tətbiq zamanı; -Müalicə zamanı və son dərman tətbiqindən sonra mal-qarada ətlik məqsəd üçün gözləmə vaxtı 75 gün. Preparat südü insan istehlakı üçün olan heyvanlarda istifadə edilməməlidir.

Reviews

There are no reviews yet.

Be the first to review “SPIRAC”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir